AzVision.az xəbər verir ki, cəbhədə şəhid olan hərbçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra erməni təxribatına qarşı şüarlar səsləndirilib.
Nümayişçilər dinc əhalinin ermənilər tərəfindən öldürülməsini pisləyiblər. Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmək tələb olunub.

Aksiya iştirakçıları Ermənistanın BMT-nin müvafiq qətnamələrini yerinə yetirməsi üçün dünya ictimaiyyətini işğalçı dövlətə təzyiq göstərməyə çağrıb.

Aksiya zamanı “Ermənistan təcavüzkar ölkədir”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ bizimdir, bizim olacaq”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır” kimi şüarları səsləndirilib.

AzVision.az