Əliyev, Putin və Ruhani Bakıda görüşəcək

AzVision.az `Amerikanın Səsi”nə istinadən xəbər verir ki, prezidentlərin görüşü Bakıda keçiriləcək.
İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin üçtərəfli görüşü barədə məlumat Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsindən sonra yayılıb.
Xatırladaq ki, ötən həftə Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan, Rusiya və İran prezidentlərinin yaxın vaxtlarda görüşəcəyini bildirmişdi
Eldar Tanrıverdiyev
AzVision.az