Qondarma rejimin sponsoru 7 il həbs edilə bilər

AzVision.az xəbər verir ki, erməni iş adamı 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinir.
Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin iclasında dövlət ittihamçısı L. Ayrapetyanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, onun barəsində həbs qətimkan tədbiri seçilsə də, ötən ilin oktyabrında məhkəmə bu qərarı ev dustaqlığı ilə əvəz edib.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.
L.Ayrapetyan bundan öncə Başqordıstanın "Başneft" şirkətinin işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunub.
İlkin Nəcəfzadə
AzVision.az