Ermənilərin təxribatları Efiopiya mətbuatında

Səfir E.Abdullayev Ermənistanın silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxsin həlak olduğunu və ağır yaralandığını, eyni zamanda ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulduğunu qeyd edib.
Dünya ictimaiyyəti tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəkləndiyini qeyd edən səfir E.Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını birmənalı şəkildə tələb edən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiqlərin və ciddi təpkinin göstərilməsi vacibliyini vurğulayıb.
AzVision.az