Sarkisyan təcili nazirləri topladı - Mövzu Qarabağdır

Bildirilib ki, iclasda Dağlıq Qarabağda münaqişənin gərginləşməsi müzakirə olunub, Milli Təhlükəsizlik Şurasının üzvləri hesabatla çıxış ediblər.
Ermənistan prezidentinə aprelin 2-dən 5-ə qədər döyüşlərdə erməni tərəfinin verdiyi itkilər barədə məlumat verilib.
Xatırladaq ki, S. Sarkisyan sonuncu dəfə aprelin 2-də cəbhə xəttində yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırmışdı.
AzVision.az