Ermənistan ordusunda istefalar başladı

Ermənistan ordusunda istefalar başladı
  13 Aprel 2016    Oxunub:4631
Dağlıq Qarabağda uğursuzluqdan sonra Ermənistanda həm ordu, həm də digər strukturlarda istefalar başlayıb.

Bu haqda Ermənistanın “168 jam” qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb. Qəzet yazır ki, Ermənistan ordusunda generallar və yüksək vəzifəli şəxslər istefaya göndərilir: “Hakimiyyət istefaları maksimum dərəcədə gizli saxlamağa çalışır”.

Qəzet qeyd edir ki, Ermənistan diplomatiyası da ordunun uğursuzluğunu daban-dabana izləyir.

“Diplomatik mənbələr xarici işlər naziri Eduard Nalbandyanın vəziyyətinin yaxşı olmadığını deyirlər. Halbuki, bir müddət öncə onun 2017-ci ildən sonra prezident olacağı gözlənilirdi. Lakin Nalbandyan AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamə ilə ilk zəifliyini göstərdi. O, bu qətnaməni “kağız parçası” elan etsə də, reallıqda Azərbaycan bu qətnaməyə istinadən edərək həmin ərazilərə nəzarəti ələ keçirə bilər. Ardınca Qarabağdakı döyüşlərdə Nalbandyan diplomat kimi heç nəyə yaramadığını sübut etdi”, - deyə qəzet yazıb. (Publika.az)


Teqlər:  





Xəbər lenti