Fransız senatordan ermənilərin əleyhinə bəyanat

Senator Silvi Qo-Şavan Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etmək qərarını alqışlayıb və Ermənistandan da eyni addımı atmağı tələb edib.
`Mülki əhalini qadın və uşaqlara məhəl qoymadan, qətlə yetirən Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar, Fransanın iqtisadi tərəfdaşı və terror əleyhinə mübarizədə mühüm müttəfiqi olan və sabitlik adası sayılan Azərbaycan Respublikasının ərazisidir. Ermənistan ordusu dərhal və heç bir qeyd-şərtsiz həmin ərazilərdən çıxarılmalıdır`,-deyə Silvi Qo-Şavan bəyan edib.
AzVision.az