Ermənistan Roqozini `qara siyahı`ya salmaq istəyir

Ermənistan Roqozini `qara siyahı`ya salmaq istəyir
  13 Aprel 2016    Oxunub:3163
Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin Ermənistanda arzuolunmaz şəxs elan oluna bilər.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti məlumat yayıb.

“Dmitri Raqozin ötən gün “Exo Moskva”ya müsahibəsi zamanı Azərbaycana silah satışı ilə bağlı Ermənistanın narazılıq etməsindən danışarkən kobud ifadələrdən istifadə edib”, - deyə qəzet yazıb.

Qeyd edək ki, müsahibə zamanı Raqozin “Mənim səfərimdən sonra orada (Ermənistanı nəzərdə tutur-red) dəhşətli demaqoqluq başladı. Adlar çəkmək istəmirəm, lakin insanlar özlərini pis apardılar”.

Söhbət Raqozinin ötən ayın əvvəlində Bakıya etdiyi səfərdən gedir. Həmin səfərin əsas məqsədi Rusiya-Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti