İrəvanda Rusiyaya qarşı etiraz aksiyası - VİDEO (Yenilənib)

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azadlıq meydanında başlayan aksiya Rusiya səfirliyi qarşısında davam edir.
Nümayişçilər Rusiyanın Dağlıq Qarabağdakı son hadisələrdə tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışına etiraz şüarları səsləndirirlər.
***
Əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub. Bu dəqiqələrdə davam edən aksiyanı dağıtmaq istəyən polislərlə etirazçılar arasında qarşıdurma yaranıb.
***
Hazırda etiraz aksiyası səfirliyin önündə davam edir. Aksiyada Rusiyanın Azərbaycana silah satışını dayandırması tələb olunur.
***
Aksiya nümayişçilərin çıxışlarından sonra başa çatıb.
AzVision.az