`İşğalçı ordu Qarabağdan çıxmalıdır` - İƏT-in baş katibi

“Azərbaycan dövlətinin beynəlxalq səviyyədə tanınan sərhədlərinin qorunması məsələsini də təqib edəcəyik. Çünki, Ermənistan Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan qoşunlarını çəkmir. Biz problemin tezliklə həll olunmasını istəyirik.
İşğalçı ordu tez bir zamanda zəbt etdiyi torpaqlardan çıxmalıdır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycanın suverenliyi qəbul edilməlidir”.
Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasının müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, İƏT Dağlıq Qarabağ probleminin həllində Azərbaycana dəstəyini davam etdirəcək.
Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.
İlkin Nəcəfzadə
AzVision.az