Putin kimi xilas edərdi: Ərdoğanı, yoxsa Poroşenkonu?

Putin kimi xilas edərdi: Ərdoğanı, yoxsa Poroşenkonu?
  14 Aprel 2016    Oxunub:3947
Xəbər verdiyimiz kimi, hazırda Rusiya prezidenti Vladimir Putin televiziyada canlı yayımla sualları cavablandırır.

AzVision.az xəbər verir ki, 12 yaşlı Varya Kuzneçovanın Putinə verdiyi sual maraq doğurub.

Azyaşlı “Cənab Putin, ötən il sualları cavablandırarkən bildirmişdiniz ki, əgər Obama suda boğulsa, onu xilas edərsiniz. Bəs Ərdoğan və Poroşenko batsaydı, ilk öncə kimi xilas edərsiniz?”, - deyə Rusiya prezidentini çətinə salan sual ünvanlayıb.

Putinin cavabı belə olub: “Varya, sən məni çətin vəziyyətdə qoyursan. Əgər kimsə batmağa qərar veribsə, onu xilas etmək mümkün deyil. Əgər onlar istəyirlərsə, biz kömək əlimizi uzatmağa hazırıq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti