Putini çətinə salan suallar: `Hər səhər sıyıq yeyirəm`

“Ən yaxşısı nağıl personajlarına ümid etməməkdir. Hər şeyi öz əlimizlə etməliyik. Əgər biz hər hansı bir möcüzənin baş verməsini gözləsək, onda Puşkinin əsərində olduğu kimi sınmış ləyənin yanında ola bilərik”.
Sankt-Peterbuqrdan olan 12 yaşlı Anastasiya: “Əgər valideynləriniz sizi istəmədiyiniz sıyığı yeməyə məcbur edirsə, nə etmək lazımdır?”.
Putin etiraf edib ki, uşaqlıqda onu nəyəsə məcbur etməyiblər. Prezident zarafatca bildirib ki, o sıyığı sevir və hər səhər yeyir.
“Mən elə yaşamışam ki, heç kim mənə heç nəyi məcbur etməyib. Böyük məmnuniyyətlə sıyıq yeyirəm, Bu gün də yarma yemişəm. Ümumiyyətlə yaşlandıqca bu yeməklərə olan münasibətim yaxşı mənada dəyişir. Dişlərin azaldıqca sıyıqları sevirsən”.
Edar Tanrıverdiyev
AzVision.az