Əliyev Davudoğlu ilə görüşdü - 15 dəqiqəlik Qarabağ müzakirəsi

Əliyev Davudoğlu ilə görüşdü - 15 dəqiqəlik Qarabağ müzakirəsi
  14 Aprel 2016    Oxunub:2874
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə göüşüb.

AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirildi, ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edildi.



Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin əhəmiyyəti vurğulandı.

Azərbaycan Prezidenti İlham Əliyev Sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzuladı.

15 dəqiqə davam edən görüşdə həmçinin Ermənistan- Azərbaycan təmas xəttində baş verən son hadisələrdə də müzakirə edilib.

Davudoğlu son döyüşlərdə ordumuzun şəhid verməsi ilə bağlı Azərbaycan prezidentinə başsağlığı verib. Qeyd edib ki, Türkiyənin hər zaman Azərbaycanın yanındadır.

Prezident İlham Əliyev isə öz növbəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyə görə Əhməd Davudoğluya təşəkkürünü bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti