`Obama düzgün adamdır...` – Putin

`Obama düzgün adamdır...` – Putin
  14 Aprel 2016    Oxunub:2969
Obamanın Liviya ilə bağlı səhvinin etiraf etməsi, onun düzgün adam olduğunu göstərir.
AzVision.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin canlı yayımda sulları cavablandırarkən bildirib.

“Bunu ironiya ilə demirəm. Çünki belə şeyləri demək heç də asan deyil. Barak hələ özü senator olduğu vaxt ABŞ-ın İraqa müdaxiləsini tənqid etmişdi. Çox təəssüflər olsun ki, o, özü prezident olduğu vaxt Liviyada eyni səhvi etdi. Həmkarımın səhvini etiraf etməsi onun iradəsini göstərir. Heç də hamı bunu edə bilmir. Obamanın bunu etməsi çox yaxşıdır. Lakin pis olan onun belə səhvi az qala Suriyada təkrarlaması idi. Hələ orda nələrin baş verəcəyi heç kimə məlum deyil”, - deyə Putin vurğulayıb.

Qeyd edək ki, aprelin 11-i ABŞ lideri Barak Obama prezidentliyi dövründə etdiyi ən böyük səhvini açıqlayıb.

Obama ən böyük səhvə Liviyada müharibə zamanı yol verdiyini etiraf edib: “Ola bilsin ki, bu, Liviyaya müdaxilədən sonrakı gün planın hazırlanmaması olub. Həmin vaxt mən bu əməliyyatın keçirilməsini düzgün addım hesab edirdim”.

Obama ən böyük nailiyyəti kimi ölkə iqtisadiyyatının böyük depressiyadan çıxarılmasını göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti