7 ermənini öldürən Permyakovdan yeni xəbər var

7 ermənini öldürən Permyakovdan yeni xəbər var
  15 Aprel 2016    Oxunub:4110
2015-ci ilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Permyakov məhkəmədə ifadə verməkdən imtina edib.

Hakim Arutyun Movsisyan müttəhimə hüquqlarını başa salıb. Başını yelləyən Permyakov “Mən ifadə verməkdən imtina edirəm”,- deyə vurğulayıb.

Bununla belə müttəhimin vəkili Eduard Aqadcan səhhəti ilə bağlı Permyakova bir neçə sual verib. Permyakov səhhətinin normal olduğunu bildirib.

Hakim bir daha xatırladıb ki, müttəhim daha əvvəl öz günahını etiraf edib. Hakimin “Öz ifadənizə dəyişiklik etmək istəyərdinizmi?” sualına Permyakov “yox” deyə cavab verib.

Məhkəmə prosesi hazırda davam edir.

Qeyd edək ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.

Edar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti