Ermənistanla Rusiya arasında silah sazişi

"Bu protokolla Müdafiə Nazirliyinə müasir silahların tədarükü üçün kredit götürülməsi üzrə Rusiyanın müvafiq orqanları ilə müqavilələr imzalanması həvalə olunur", - deyə A.Nazaryan bildirib.
Ermənistan Mərkəzi Bankına isə aprelin 29-na qədər Rusiyanın "Vneşekonombank"ı ilə müdafiə kreditinin hesablaşması qaydasını müzakirə etmək tapşırılıb.
Edar Tanrıverdiyev
AzVision.az