İslam ölkələri Ermənistana təzyiq göstərəcək

Qeyd olunub ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb.
Bildrilib ki, ərazilərin güc yolu ilə əldə edilməsi BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməzdir.
Sənəddə Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin vacib olduğu vurğulanıb:
“Təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahtlıq ifadə edir. Bu baxımdan konfrans üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırırıq”.
İlkin Nəcəfzadə
AzVision.az