Yaponiyada güclü zəlzələ - 13 ölü, 800 yaralı

Təbii fəlakət nəticəsində 200 minədək ev elektrik enerjisiz qalıb, 100 min evin qaz təchizatı dayandırılıb.
****
Yaponiyada daha bir güclü zəlzələ baş verib.
7,1 bal gücündə zəlzələ Kumamoto əyalətində baş verib. Təbii faciə nəticəsində minlərlə yerli sakin zərər çəkib.
Yeraltı təkanların episentri Kumamotonun yaxınlığında ocağı isə 7 km dərinlik olub. 740 min əhali yaşayan Kumamoto şəhərində sunami təhlükəsi elan edilib.
Dünən Yaponiyanın Kumamoto prefekturası yaxınlığında güclü zəlzələ baş verib. 6,5 bal gücündə baş vermiş zəlzələ nəticəsində 10 yaxın şəxs ölüb.
Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib. Burada 20 binanın uçduğu, yanğınların baş verdiyi və magistral yolun sıradan çıxdığını bildirilir. Zəlzələnin episentri Küsü adasında 20 km dərinlikdə qeydə alınıb.
AzVision.az