Koçaryanın evinə silahlı hücum edildi

Koçaryanın evinə silahlı hücum edildi
  16 Aprel 2016    Oxunub:2534
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın İrəvandakı evinə hücum edilib.
AzVision.az news.am-a istinadən xəbər verir ki, hücum edən şəxslər tərəfindən Köçəryanın evinə qumbara atılıb.

Ermənistan polisinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan faktı təsdiqləyib.

Bildirilib ki, hazırda hadisə yerində operativ qrup işləyir. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti