Moskvada azərbaycanlı diplomatı döydülər - VİDEO

O, taksi sifariş etdiyini, lakin yolda gedərkən hücuma məruz qaldığını qeyd edib. Kimliyi hələlik bilinməyən şəxs Moskvanın Konyuşkovski küçəsində azərbaycanlı diplomata bədən xəsarətləri yetirilib.
"Təcili yardım çağırılıb. Zərərçəkənin Azərbaycan səfirliyinin əməkdaşı olduğunu iddia edir",- deyə bildirilib.
Digər bir məlumatda hücuma məruz qalan şəxsin konsulluq əməkdaşı olduğu qeyd edilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Eldar Tanrıverdiyev
AzVision.az