Obama ailəsinin bir illik qazancı - 436 min dollar

Obama ailəsinin bir illik qazancı - 436 min dollar
  16 Aprel 2016    Oxunub:2349
ABŞ prezidenti barak Obama və xanımı Mişel Obama 2015-ci ildə gəlir bəyannamələrini açıqlayıb.
Bu barədə AzVision.az `CNN Money`-ə istinadən xəbər verir.

Bəyannaməyə əsasən cütlük ötən il 436 min 65 dollar gəlir əldə edib. Onlar bu məbləğin 81 minini vergi kim büdcəyə ödəyiblər.

Nəşr vurğulayır ki, bu cütlüyün dörd il ərzində əldə etdiyi ən aşağı gəlir göstəricisidir. Bu, ABŞ prezidenti tərəfindən yazılan kitabın satışının aşağı düşməsi ilə bağlıdır.

ABŞ-ın birinci xanımı bir il ərzində heç nə qazanmayıb. Məlumatda qeyd edilib ki, Barak və Mişel Obama xeyriyyəçilik məqsədilə 64 min dollar xərcləyib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti