Azərbaycanlı diplomatı döyən şəxs tutuldu

Hadisə Moskvanın Konyuşkov küçəsində baş verib. İnsidentin təfərrüatları məlum deyil. Hazırda faktın təhqiqatı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun nəzarətindədir.
İstintaqın rəyinə görə, tərəflər arasında münaqişə taksidə yaranıb. Məhərrəmov baş və bədən nahiyələrindən aldığı çoxsaylı zərbələrlə xəstəxanaya çatdırılıb. O, kəllə-beyin travması alıb, qaşı və dodağı partlayıb.
İlkin Nəcəfzadə
AzVision.az