Ermənistan rusları Qarabağa dəvət etdi

“Erməni tərəfinin bir çox məsələlərdə mövqeyi bizi qane edir və qərarlar yekdilliklə qəbul olunduğu üçün burada işin böyük qismi bizim həmkarlarımızın üzərinə düşür. Biz erməni tərəfinin təklifini həmkarlarımıza çatdıracağıq, birlikdə müzakirə edəcəyik və erməni tərəfi ilə birlikdə bəyanat verəcəyik”, - deyə rusiyalı rəsmi vurğulayıb.
Qeyd edək ki, aprelin 15-də Ermənistan parlamentinin müdafiə, təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyasının sədri Koryun Naqapetyan rusiyalı senatorları Dağlıq Qarabağa səfərə dəvət edib.
Eldar Tanrıverdiyev
AzVision.az