İrəvan sakinlərinin etirafı: `Hər yerdə korrupsiya, soyğunçuluqdur`

İrəvan sakinlərinin etirafı: `Hər yerdə korrupsiya, soyğunçuluqdur`
  17 Aprel 2016    Oxunub:2339
Korrupsiya təkcə rüşvət demək deyil, məmurların öz qohumlarına vəzifə paylayamağı da korrupsiyanın təzahürüdür.

Bunu İlk İnformasiya agentliyi ilə söhbəti zamanı İrəvan sakini deyib. "Bir xalq məsəlində deyilir ki, "balıq başından çürüyür", - o deyib.

İrəvanın digər sakininin sözlərinə görə, ölkədə hal-hazırda bütün qanunlar pozulur: "Məni evimdən məhrum etdilər, indiyədək bizim iş Avropa Məhkəməsindədir, hələ də heç bir cavab yoxdur. Bu ölkədə yaxşı bir şey gözləməyə dəyməz".

"Bizim ölkənin bu qədər kasıb olduğu zaman, bəziləri necə bu cür binalar tikə bilir, bu axı korrupsiyadır. Haradandır onlarda bu pullar, kimin üçün tikirlər? Mənimçün, yoxsa sizinçün? Əlbəttə ki, yox. Ordunu silahlandırmaq əvəzinə, hər yerdə korrupsiya, soyğunçuluq hökm sürür", deyə başqa bir sakin bildirib. (trend)


Teqlər:  





Xəbər lenti