.jpg)
Daha sonra etiraz aksiyasının iştirakçıları Azərbaycan bayraqlarını dalğalandırıb, transparantlar qaldırıb, “Mülki vətəndaşları hədəfə almağı dayandırın!”, “Dağlıq Qarabağın işğalından əl çəkin!”, “Xocalıya ədalət!” kimi şüarlar səsləndiriblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, bu aksiya Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə qoşunların təmas xəttində erməni silahlılarının təxribat hücumu nəticəsində görünməmiş səviyyədə zorakılığın baş verməsi, Azərbaycan hərbçilərinin və mülki vətəndaşların həlak olmasına etirazdır.
.jpg)
Eyni zamanda, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalına dünya birliyinin biganəliyi tənqid olunub, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən BMT Təhlükəsizlik Şurasının və digər nüfuzlu beynəlxalq qurumların qətnamələrinə uyğun olaraq dərhal çıxarılması tələb olunub. Bundan əlavə, çıxışlarda ordumuzun qəhrəman əsgərlərinin təmas xəttinə yaxın yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bir neçə mühüm məntəqəni ələ keçirməsinin Azərbaycan Ordusunun qalibiyyət əzmindən xəbər verdiyi vurğulanıb, lazım olduğu təqdirdə İsveçrədə yaşayan hər bir azərbaycanlının Vətən torpaqlarını azad etmək üçün canından keçməyə hazır olduğu bildirilib. (Azərtac)