Hadisə `erməni bayrağı` ittihamlarına cavab verdi

“Haqqımda yazılan çox ittihamlara qulaq asmıram. Lakin qoy türklüyümə, mədəniyyətimə, mənliyimə qarşı əsassız ittihamlar sürənlər eşitsinlər bu sözləri. Cahillə cahil olmaqdansa susmaq lazımdır. Başqa işiniz yoxdurmu?
Geydiyim geyimi ucu-bucağı olmayan, insanlıqdan kənar, xəstə təxəyyülünüzlə şərh edə bilməzsiniz!! Sosial media kimisə qaralamaq üçün meydan deyil. Hər kəsə sülh və firavanlıq dolu bir həyat və dünya arzulayıram. Sevgilərlə, Hadisə”.
Qeyd edək ki, Azərbaycan KİV-lərində də Hadisənin geyimi tənqid olunub.
AzVision.az