Rusiya ilə ABŞ arasında yeni qırıcı qalmaqalı

Rusiya ilə ABŞ arasında yeni qırıcı qalmaqalı
  17 Aprel 2016    Oxunub:9400
Rusiyaya məxsus "Su-27" qırıcısı təyyarəsi Baltika dənizi akvatoriyasının səmasında ABŞ-ın Hərbi Hava Qüvvələrlərinə məxsus "RC-135" kəşfiyyatçı təyyarəsini yaxalayıb.

AzVision.az "Report"a istinadn xəbər verir ki, bu haqda "CNN" telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, "Su-27" təxminən "RC-135"-i hətta 15 metr məsafəyə qədər təqib edib. Telekanal əlavə edir ki, ABŞ-ın Avropadakı silahlı qüvvələri komandanlığının nümayəndəsi Denni Ernandesi Amerika təyyarəsinin neytral suların üzərində uçduğunu, Rusiyanın hava məkanına daxil olmadığını iddia edib.

"Bir pilotun təhlükəli və qeyri-peşəkar hərəkətləri ölkələr arasında gərginliyin lazımsız eskalasiyasına gətirib çıxara bilər", - deyə televiziya şirkəti Ernandesin iddiasından sitat gətirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti