Braziliya prezidenti istefaya göndərilir

Braziliya prezidenti istefaya göndərilir
  18 Aprel 2016    Oxunub:1715
Braziliya Konqresinin Aşağı palatasının 342 deputatı ölkə prezidenti Dilma Russefin impiçmentinə səs verib. Bu da deputatların ümumi sayının 2/3 hissəsini təşkil edir.
AzVision.az `Euronews`-a istinadən xəbər verir ki, Aşağı palatanın deputatları Dilma Russefin Braziliya prezidenti vəzifəsindən uzaqlaşdırılması təşəbbüsünün lehinə səs veriblər.

Lakin yekun qərar Yuxarı palatanın senatorları tərəfindən qəbul ediləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti