`Qarabağdakı son dramatik hadisələr...` – ATƏT PA sədri

AzVision.az xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (AŞPA) prezidenti İlkka Kanerva Almaniya və Fransa sərhədində ATƏT-in 15 ölkəsindən olan deputatların görüşündə həlli uzadılmış münaqişələrin nizamlanması üzrə müzakirələr zamanı bildirib.
"ATƏT regionunda fikir ayrılıqlarını aradan qaldırmaq üçün siyasi iradənin mövcudluğu bütün münaqişələrin həllinin tapılması üçün həlledici əhəmiyyətə malikdir. Buna görə də ATƏT üçün hər hansı bir həll yolunun tapılmasında mühüm komponent olan deputatların bu münaqişələrin həllinə qatqısı vacibdir", - deyə İ.Kanerva bildirib.
O, deputatların bu görüşünün Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi vəziyyətin gərginləşməsi ilə əlaqədar xüsusilə aktuallıq qazandığını vurğulayıb.
Qeyd edək ki, görüşdə Azərbaycan, Albaniya, Ermənistan, Avstriya, Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, İtaliya, Litva, Moldova, Rusiya, İsveç və İsveçrədən olan deputatlar iştirak edib.
Eldar Tanrıverdiyev
AzVision.az