AŞPA Qarabağ barədə təklifləri qəbul etmədi

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açıqlamasında bu məsələnin Monitorinq komitəsində fəaliyyət göstərən üzv ölkələr arasında münaqişələrə dair alt komitənin iclasında müzakirə ediləcəyini bildirib:
“Bildiyiniz kimi, bu gün AŞPA Bürosunun iclasında Dağlıq Qarabağa aid təkliflər qəbul olunmadı, ancaq bu məsələ çox güman ki, AŞPA-nın xüsusi yaradılmış alt komitəsində müzakirə ediləcək. Bilirsiniz ki, Monitorinq komitəsi çərçivəsində üzv ölkələr arasında münaqişələrə dair alt komitə fəaliyyət göstərir və böyük ehtimalla müzakirələr orada gedəcək. Ayrıca AŞPA-nın plenar iclasında müzakirələrin aparılması nəzərdə tutulmur. Azərbaycan heç bir beynəlxalq qanunu pozmayıb. Bu məsələlər hər halda, müzakirə olunmalıdır. Minsk Qrupu artıq hərəkətə gəlib, başqa beynəlxalq qurumlar da bu məsələdə öz mövqelərini ortaya qoyublar”. (APA)
AzVision.az