Azərbaycanlı səfir oğlu ilə bir səhnədə - VİDEO

Konsertin sonunda 3 mahnı ifa edən Polad Bülbüloğlu canlı ifası ilə tamaşaçıların tərəfindən çoşqu ilə qarşılanıb.
Qeyd edək ki, orkestrə təcrübəli dirijor Vladislav Yankovski və 14 yaşlı musiqiçi Murtuza Bülbül başçılıq edib.
Konsertin təşkilatçılarının sözlərinə görə, 2015-ci ilin sonunda məktəbi bitirdikdən sonra Murtuza Bülbül Moskva Dövlət Konservatoriyası yanında Akademik Musiqi məktəbinə daxil olub.
Dirijor kimi Murtuza ilk dəfə 2015-ci ilin fevral ayında səhnəyə çıxıb. Belə ki, Azərbaycan Dövlət Orkestri onun rəhbərliyi altında Polad Bülbüloğlunun `Azərbaycan` pyesini ifa edib.
Eldar Tanrıverdiyev
AzVision.az