`Neft danışıqları Ərəbistana görə baş tutmayıb`– Energetika naziri

`Neft danışıqları Ərəbistana görə baş tutmayıb`– Energetika naziri
  18 Aprel 2016    Oxunub:2965
Rusiyanın energetika naziri Aleksandr Novak Dohadakı görüşdə nəticənin əldə olunmamasında Səudiyyə Ərəbistanını günahlandırıb.
AzVision.az `NTV`yə istinadən xəbər verir ki, Rusiyanın energetika naziri bildirib ki, Qətərin paytaxtı Dohada baş tutan görüşdən öncə son anda bəzi iştirakçıların mövqeyini dəyişməsi neft hasilatının dondurulması ilə bağlı razılığın əldə olunmasına əngəl törətdi:

“Bəzi OPEK üzvləri görüşə bir müddət qalmış öz mövqelərini dəyişiblər. Bu Səudiyyə Ərəbistanı və bəzi Fars körfəzi ölkələridir”, – deyə məmur vurğulayıb.

Energetika nazirinin sözlərinə görə, onlar neft hasilatının dondurulması planına görüşdə iştirak etməyən ölkələrin də qoşulmasını istədilər: “Bu ölkələr siyahısına İran və Liviya və OPEK-ə üzv olmayan digər ixracatçılar daxildir”.

Qeyd edək ki, aprelin 17 OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməyiblər. Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.

Eyni formatda növbəti görüşün ilin iyununda keçirilməsi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti