`Neft danışıqları Ərəbistana görə baş tutmayıb`– Energetika naziri

“Bəzi OPEK üzvləri görüşə bir müddət qalmış öz mövqelərini dəyişiblər. Bu Səudiyyə Ərəbistanı və bəzi Fars körfəzi ölkələridir”, – deyə məmur vurğulayıb.
Energetika nazirinin sözlərinə görə, onlar neft hasilatının dondurulması planına görüşdə iştirak etməyən ölkələrin də qoşulmasını istədilər: “Bu ölkələr siyahısına İran və Liviya və OPEK-ə üzv olmayan digər ixracatçılar daxildir”.
Qeyd edək ki, aprelin 17 OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməyiblər. Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.
Eyni formatda növbəti görüşün ilin iyununda keçirilməsi gözlənilir.
Eldar Tanrıverdiyev
AzVision.az