İsraildə güclü partlayış - 21 nəfər yaralanıb (VİDEO)

Zərərçəkənlərin iki nəfəri ağır vəziyyətdədir. Daha 6 nəfərin aldığı xəsarətlər orta ağır dərəcədədir.
İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfild insidentlə bağlı tədqiqata başlanıldığını bildirib.
***
Son məlumata əsasən, insident nəticəsində 21 nəfər yaralanıb. Hazırda polis iki versiya üzərində işləyir: partlayıcı qurğunun əvvəlcədən avtobusa yerləşdirilməsi və yaxud partlayışın terrorçu-kamikadze tərəfindən törədilməsi”, - deyə polis nümayəndəsi bildirib.
AzVision.az