İranın XİN rəhbəri yenə Bakıya gəlir

İranın XİN rəhbəri yenə Bakıya gəlir
  19 Aprel 2016    Oxunub:1861
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yenidən Azərbaycana səfər edəcək.
İranın Bakıdakı səfirliyindən AzVision.az-a verilən xəbərə görə, Məhəmməd Cavad Zərif aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

Qeyd olunub ki, səfər çərçivəsində İran XİN rəhbərinin Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli görüşlər keçiməsi planlaşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti