Ermənilər Nazarbayevi `cəzalandırdı` - FOTO

AzVision.az `Regnum`a istinadən xəbər verir ki, Qazaxıstan prezidentinin Türkiyəli həmkarı ilə qucaqlaşıb-öpüşdüyünü görən ermənilər onun adını daşıyan küçədə lövhəni qopardıblar. Daha sonra isə qəsəbənin Aqsaqqallar Şurası rəsmən qərara alıb ki, küçənin adı dəyişdirilsin.
Qəsəbə Adminstrasiyasının rəhbəri Roland Nazaretyanı sözlərinə görə, küçənin adını dəyişib `Qriqor Lusavoriç` qoyacaqlar.
Qeyd edək ki, Ariç qəsəbəsində mərkəzi küçə 10 ildən çoxdur Nazarbayevin adını daşıyırdı.
Bu da maraqlı faktdır ki, `Ariç` qəsəbəsinin öz adı 1947-ci ilə qədər “qıpçaq” olub.
AzVision.az