Azərbaycan üçün Aİ vizaları ləğv edilməlidir – Latviya XİN

Azərbaycan üçün Aİ vizaları ləğv edilməlidir – Latviya XİN
  19 Aprel 2016    Oxunub:2992
Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Lüksemburqda keçirilən Avropa İttifaqının Xarici Əlaqələr Şurasının iclasında iştirak edərək "Şərq Tərəfdaşlığı" ölkələri üçün vizaların aradan qaldırılması ideyasını təklif edib.
Bu barədə AzVision.az"BaltNews.lv" portalına istinadən xəbər verir.

Məlumata əsasən mayın 23-də Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl E.Rinkeviç Gürcüstan və Ukrayna ilə viza rejimini mümkün qədər qısa müddətdə ləğv etməyin, Azərbaycanla isə viza məsələsində dialoq qurmağın zəruriliyini bildirib.

Rinkeviç Aİ və onun "Şərq Tərəfdaşlığı" regionundakı tərəfdaşlarının birgə layihələrinin, xüsusilə nəqliyyat və enerji sahələrində, həyata keçirilməsini dəstəklədiyini sözlərinə əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti