Ölkədən 12 kiloqram qızıl çıxaranlar tutuldu

Qeyd olunub ki, onlar sərhədi keçərkən apardıqları pul və qızıl barədə bəyannamə yazmayıblar, qızıl külçəni və pulu avtomobilin saxlanc yerində Gürcüstan ərazisinə keçirmək istəyiblər.
Gürcüstan polisi Bayram Gəncəliyev və Elman Hüseynovu həbs edib, qızıl və pulu dəlil olaraq götürüb. Saxlanılan şəxslər 8 ildən 11 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Qeyd edək ki, qızıl külçələrin dəyəri 490 min dollara yaxın qiymətləndirilib.
İlkin Nəcəfzadə
AzVision.az