Azərbaycanlı milyarder Suriyada biznesə başladı

AzVision.az “Kommersant” qəzetinə istinadən bildirir ki, ötən həftə Suriyadan Rusiyanın NovaRossiysk limanına təxminən 3 min ton civarında portağal, limon, qreyfrut, pomidor və kələmdən ibarət yük gətirilib.
Suriyadan gələn məhsullar “Kievaskaya Ploşad” QSC-ə, Qubadan olan azərbaycanlı milyarder Qod Nissanov və Zarax Əliyevə məxsus “Food City” ticarət mərkəzində və Rusiyanın cənubunda yerləşən bir sıra topdansatış məntəqələrində satılır.
“Forbes” nəşrinin məlumatına görə “Kievaskaya Ploşad” QSC-nin sahiblərindən biri də azərbaycanlı milyarder İlham Rəhimovdur.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: