Yerevanda anti-Rusiya aksiyası – VİDEO (Yenilənib)

Yerevanda anti-Rusiya aksiyası – VİDEO (Yenilənib)
  19 Aprel 2016    Oxunub:3783
Hazırda Ermənistanda Rusiya əleyhinə yürüş keçirilir.

Aksiya iştirakçıları erməni mənşəli rusiyalı biznesmen Levon Ayrapetyanın həbsdən azad olunmasını Moskvadan tələb edirlər.

Polislər etraz aksiyasının iştirakçılarının Rusiya səfirliyinə yaxınlaşmasına imkan verməyiblər.

Yürüş iştirakçıları bildiriblər ki, onlar Ayrapetyanın azad edilməsinə nail olmayana qədər aksiyalar davam edəcək.

Qeyd edək ki, Levon Ayrapetyan aprelin 14-də Moskvada həbs olunub. O, dələduzluqda ittiham edilir.

***

Yerevanda Rusiya əleyhinə təşkil olunan mitinq başa çatıb. Polis mitinq iştirakçılarının Rusiya səfirliyinin binasına yaxınlaşmalarına imkan verməyib.

Aksiya iştirakçıları səfirliyə Levon Ayrapetyanın həbsdən azad olunması tələbinin əks olunan məktubu təqdim ediblər.




Teqlər:  





Xəbər lenti