
Təmas xəttində son hadisələrdən danışan Oqtay Əsədov vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistan tərəfinin təcavüzünə layiqli cavab verib. Beynəlxalq vasitəçilərin, ilk növbədə Rusiya tərəfinin təklifi ilə hərbi əməliyyatlar dayandırılıb və münaqişənin dinc yolla həlli üçün danışıqlar aparılır.
İran parlamentinin sədri qeyd edib ki, Azərbaycan ilə iqtisadi, siyasi və mədəni sahələrdə çox yaxşı münasibətlər qurulub. O, Azərbaycan, İran və Rusiya, habelə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında keçirilmiş görüşlərin nəticələrini yüksək qiymətləndirib. Ticari-iqtisadi münasibətlərin, banklar arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmin yarandığını deyən İran parlamentinin sədri Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar İran hakimiyyətinin narahatlığını ifadə edib.
Söhbət zamanı Azərbaycan və İran parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AzVision.az