Türkiyəyə yenə rus raketi atıldı

Türkiyəyə yenə rus raketi atıldı
  19 Aprel 2016    Oxunub:2254
Suriya ərazisindən Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan 3 raketdən birinin Türkiyə sərhədində yerləşən Kilis rayonunun Helvecioğlu məhəlləsində evin damına düşməsi nəticəsində 2 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, raketlərdən biri Bilal Habeşi məscidinin tualetinə, digəri isə rayonun qəbiristanlığına düşüb.

Qeyd edək ki, dünən Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən 5 raketin Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına düşməsi nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər həyatını itirmiş, 9 nəfər isə yaralanmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti