AŞPA Ermənistanı və erməni heyətini pislədi

AŞPA Ermənistanı və erməni heyətini pislədi
  19 Aprel 2016    Oxunub:2951
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Daimi komissiyası və Bürosunun fəaliyyətinə dair hesabatda qurum Ermənistan hakimiyyətini və erməni heyətini pisləyib.
Oxu.Az “aravot.am”a istinadən xəbər verir ki, AŞPA-nın yaz sessiyasının plenar iclasında sənədi yunan deputat İoanneta Kavadi təqdim edib.

Hesabatda Assambleyanın Militsa Markoviçin “Azərbaycanın sərhədyanı rayonlarının sakinləri bilərəkdən sudan məhrum ediliblər” məruzəsi üzrə qətnamə qəbul etdiyi də qeyd edilir. Ermənistanın ünvanına olan tənqid məhz bu məsələ üzrədir.

Hesabatda AŞPA-nın bu strukturları Ermənistan hakimiyyətini və erməni heyətini Sərsəng su anbarı üzrə məruzəni hazırlanmasında əməkdaşlıq etmədikləri üçün qınaq obyektinə çeviriblər.

Sənəddə əsasən deyilir: “Assambleya Ermənistan və erməni hakimiyyətini məruzənin hazırlanmasında əməkdaşlıq etmədikləri üçün qətiyyətlə pisləyir. Assambleya hesab edir ki, bu qəbildən olan davranış onun öhdəliklərinə, eləcə də üzv ölkə kimi öhdəliklərinə müvafiq deyil.

Beləliklə də Assambleya, parlamentarilərin belə davranışının pislənməsi üçün görülməli tədbirlər haqqında məsələyə yenidən baxılmalıdır”.

AzVision.az


Teqlər:





Xəbər lenti