Həmsədrlər Qarabağla bağlı hesabat verəcəklər

Həmsədrlər Qarabağla bağlı hesabat verəcəklər
  20 Aprel 2016    Oxunub:2553
ATƏT-in Minsk Qrupunun həmsədrləri təşkilatın fəaliyyətdə olan sədrinə Dağlıq Qarabağ münaqişəsi zonasındakı bu yaxınlarda aparılan hərbi əməliyyatlar və hazırkı vəziyyətə dair hesabat təqdim edəcəklər.

Bu barədə Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz "twitter" səhifəsində yazıb.

O bildirib ki, həmsədrlər bu məqsədlə aprelin 20-də qurumun Berlindəki ofisində olacaqlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti