Azərbaycanlı milyarderdən bədbin proqnoz

“Hesab edirəm ki, ölkələr arasında dialoq davam edəcək, lakin hər hansı irəliləyişin olacağını düşünmürük”, - deyə V.Ələkbərov bildirib.
Ələkbərov 2017-ci ilin əvvəlində neftin qiymətinin bir barel üçün 50 dollar civarında dəyişəcəyini də proqnozlaşdırıb.
Qeyd edək ki, aprelin 17 OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməyiblər. Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.
Eyni formatda növbəti görüşün ilin iyununda keçirilməsi gözlənilir.
Eldar Tanrıverdiyev
AzVision.az