Erməni deputatlar rusların hərbi bazasını yoxlayacaq

“Bununla erməni deputatlar 102-ci Rusiya hərbi bazasının 1994-cü ildə Ermənistan ərazisində yerləşdirilməklə əlaqədar imzalanan müqavilə ilə öhdəsinə düşən vəzifələri yerinə yetirə bilmək iqtidarında olub-olmamasına dair məlumat əldə etmək istəyirlər. Komissiyanın sədri Koryun Naqapetyan müxbirimizlə söhbətində belə bir səfərin planlaşdırıldığını təsdiqləyib, lakin konkret tarix açıqlamayıb.”, - qəzet yazıb.
Eldar Tanrıverdiyev
AzVision.az