Ermənilər Lavrovu etirazla qarşılayacaq

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.
Məlumata görə, aprelin 21-də İrəvanda "Ləyaqət yürüşü" adlı aksiya keçiriləcək. Yürüş Respublika meydanından başlayıb, Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında başa çatacaq.
Aksiya iştirakçıları Rusiyanın "Qarabağdan əlini çəkməsini" tələb edəcəklər.
Qeyd edək ki, Rusiyanın XİN rəhbəri Lavrov aprelin 21-22-də İrəvanda səfərdə olacaq. Onun Ermənistanda Qarabağ münaqişənin tənzimlənməsi yollarını müzakirə edəcəyi gözlənilir.
Eldar Tanrıverdiyev
AzVision.az