Erməni politoloqdan etiraf: `Azərbaycana məğlub olduq...`

Erməni politoloqdan etiraf: `Azərbaycana məğlub olduq...`
  20 Aprel 2016    Oxunub:41661
“Millətin birliyi insanı qürurlandırır. Amma hazırda çoxları kinayə ilə deyir ki, 4 günlük müharibə dövründə erməni əsgərləri bellə vuruşdu, çoban isə pilotsuz uçuş aparatını özü saldı. Bu medalın bir tərəfidir. Digər tərəfi göstərdi ki, biz müharibədə müdafiə oluna bilmirik. Bizim müdafiəmiz sadəcə kağız üzərindədir”.

AzVision.az xəbər verir ki, bunu Ermənistanın Beynəlxalq əməkdaşlıq və təhlükəsizlik institutunun rəhbəri, politoloq Stepan Səfəryan deyib.



O, cəbhədəki son döyüşlər zamanı ölkəsinin Azərbaycana uduzduğunu etiraf edib və 2008-ci ildə verdiyi bəyanatı xatırladıb: “2008-ci ildə Azərbaycanla Rusiya arasında imzalanan hərbi müqavilələrin əvəzinin Qarabağ olacağını demişdim. Bu da son nəticə. Azərbaycanın silah arsenalında mövcud olan Rusiya silahlarının bizə qarşı istifa edilməyəcəyi barədə düşünmək sadəcə sadəlövlük olardı.
Bundan başqa 2011-ci ildə Nazarbayev və Lukaşenkonun Azərbaycanla bağlı verdiyi bəyanatlar rəsmi İrəvan üçün siqnal olmalı idi. Çünki, bu iki dövlət birbaşa Azərbaycanın dostu olduqlarını bildirdi”.



Ermənistan iqtisadiyyatının dirçəlməsi ilə bağlı səslənən fikirləri cəfəngiyyat adlandıran politoloq qeyd edib: “Dövlət əmlaklarının Rusiyaya satıldığı bir dövrdə ölkə iqtisadiyyatının inkişafından necə danışmaq olar? Dörd günlük müharibə dövründə biz heç “itirdiyimiz əraziləri” geri qaytarmaq üçün addım atmadıq. Odur ki, nə əkmişiksə, onu da becərəcəyik.

Biz Qarabağda müharibənin hər an başlayacağından xəbərdar idik. Nə etdik bəs? Bilirsiniz bunun səbəbi konkret düşünülmüş siyasətin olmaması idi”.



Stepan Səfəryan əlavə edib ki, bu illər ərzində Ermənistan Azərbaycan qarşısında doplomatik məğulibəyyətə uğrayıb: “Ermənistan hakimiyyəti Qarabağda müharibə olacağını əvvəlcədən bildiyini deyir. Bu hərbi və hökumət səviyyəsində bəyan edildi. Amma hücumun hansı istiqamətdən olacağı barədə konkret xəbər yox idi. Bu çox gülünc bəyanatdır. Bəs kəşfiyyat hara baxırdı ? Kor idi ?.

Son münaqişə nəticəsində ölən hərbçilərimiz bizi yuxudan ayıltdı. Reallığı qəbul etməyərək keçmişə qayıtmaq istəyirik. Hərbi rəhbərlik son hadisələrlə bağlı hesabat verməli və mütləq istefaya getməlidir. Hərbiyə yığılan pula görə, çox utanıram. Bahalı CİP-lərdə gəzib, villalarda yaşayırlar, amma ordu üçün pul yığırlar. Bu utancvericidir.



Bunu unutmayın ki, Azəbaycan prezidenti İlham Əliyev Qarabağın 1988-ci ildəki statusunun geri qaytarılmasını qarşısına məqsəd qoyub. Və o, buna nail olacaq”

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti