Rəsmi Kreml: Lavrov İrəvana Qarabağa görə gedir

AzVision.az xəbər verir ki, bu barədə məlumat Rusiya XİN-in rəsmi saytında yerləşdirilib.
Səfər çərçivəsində Lavrovun Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşü planlaşdırılır.
“Danışıqlar zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq gündəmdə olan məsələləri müzakirə edəcəklər. Görüşdə xüsusi diqqət bu yaxınlarda gərginliyin müşahidə olunduğu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə ayrılacaq”, - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az