Gürcüstanda hərbi xidmət könüllü olacaq

Nazirin sözlərinə görə, Müdafiə Nazirliyində artıq bununla bağlı qərar qəbul olunub. İndi yalnız qanunverici dəstək tələb olunur.
"Bizdə 2017-ci ildə orduya məcburi çağırış olmayacaq. Müdafiə naziri olaraq mənim qərarım belədir. Əgər bu idarəyə başqa rəhbər gələcəksə, təbii ki, o başqa qərarı qəbul edə bilər", - deyə Xidaşeli bildirib.
Nazir, həmçinin qeyd edib ki, belə sistem NATO-ya üzv ölkələrin bir çoxunda tətbiq olunur və bu effektivdir.
AzVision.az
Teqlər: